Millimizin oyunçusu Almaniyada qol vurdu

26 Fevral 2017 22:59 (UTC+04:00)

Millimizin və “Ertsqebirge Aue” komandasının futbolçusu Dmitri Nazarov bu gün Almaniya ikinci bundesliqasında qol vurub.

O, 22-ci turda Drezden “Dinamo”su ilə görüşdə fərqlənib. “Ertsqebirge Aue” bu matçda 1:4 hesabı ilə uduzub. Bütün 90 dəqiqəni meydanda olan Nazarov 60-cı dəqiqədə penaltidən komandasının yeganə qoluna imza atıb.

Qeyd edək ki, “Ertsqebirge Aue” 18 turdan sonra turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.

Qol.az