Səudiyyə kralı 459 ton yüklə səfər edəcək

28 Fevral 2017 21:39 (UTC+04:00)

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud mart ayında İndoneziyaya səfər edəcək.

"Report" "Jakarta Post" qəzetinə istinadən xəbər verir ki, kral səfərə 459 ton ağırlığında baqaj ilə çıxacaq.

Qəzet yazır ki, 63 tonluq baqaj Cakartaya çatdırılacaq, qalan 396 min ton isə Baliyə gedəcək. İndi kralın iki "Mercedes-Benz S600" avtomobili Bali adasında sahibini gözləyir. Baqaj yükünə həmçinin iki elektrik lifti də daxildir. Krala xidmət göstərməsi üçün Cakartada 178, Balidə isə 394 işçi ayrılacaq.

Qeyd edək ki, səfər martın 1-dən 9-dək olacaq.