İtaliyada "Uber" qadağan olundu

13 Aprel 2017 08:35 (UTC+04:00)

İtaliya məhkəməsi ölkə ərazisində "Uber" taksi xidmətinin fəaliyyətini qadağan edən qərar çıxarıb.

Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, həmçinin, qadağaya əsasən "Uber"in ölkədə reklamı aparıla bilməz.

Məhkəmə hesab edir ki, "Uber" taksi bazarında vicdanlı rəqabətə mane olur.