Luqansk aeroportu azad edildi

14 İyul 2014 13:05 (UTC+04:00)

Ukrayna ordusu Luqansk hava limanını separatçılardan azad edib.

Bu barədə məlumat ölkə prezidenti Pyotr Poroşenkonun Facebook səhifəsində paylaşılıb.

“Pyotr Poroşenkoya indicə xəbər verilib ki, hərbiçilər döyüşərək, Luqansk hava limanına qədər gəlib çıxıblar”.

Daha öncə separatçılar hərbiçilərin Luqanska tank və aviasiya vasitəsilə hücum etmələri barədə məlumat yayıblar.

Qeyd edək ki, bazar günü Rio-de-Janeyroda Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib. Görüş tamamilə Ukraynadakı vəziyyətə həsr olunub.

Ülviyyə