Bakı sakini dənizdə batdı

14 İyul 2014 13:08 (UTC+04:00)

Bakının Xəzər rayonunda yerləşən dəniz çimərliyində faciəli hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Yunis Tağıyev Buzovna dəniz çimərliyində çimərkən dənizdə boğulub.

Hacı Zeynalov