Neftçala sakini əmisi oğlunu bıçaqladı

15 İyul 2014 12:51 (UTC+04:00)

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 14-də Neftçala rayonu ərazisində rayon sakini Böyükağa Samurov münaqişə zəminində əmisinin oğlu İlqar Samurovu bıçaqlayıb.

Neftçala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyükağa Samurov tutulub.

Hacı Zeynalov