Salyanda narkotik alverçisi tutuldu

17 İyul 2014 11:47 (UTC+04:00)

Salyan polisi narkotiklərlə bağlı uğurlu əməliyyat axtarış tədbirləri keçirib.

Bu barədə Teleqraf.com-a Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və çoxsaylı oğurluq cinayətləri törətmiş şəxsləri yaxalanar məsuliyyətə cəlb edilib. İlham Abbasov külli miqdarda narkotik maddə satışı ilə məşğul olması barədə polisə əməliyyat məlumatı daxil olub. Məlumat daxil olduqdan sonra o nəzarətə götürülüb.

Əməliyyatçılar İlham Abbasovu saxlamaq istəyərkən o əlindəki şübhəli bağlamanı ataraq qaçmaq istəyib. Lakin buna nail ola bilməyib. Bağlamaya baxış zamanı 1 kiloqramdan çox narkotik maddə olan həşiş qatranı aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs bildirib ki, narkotik maddəni İran İslam Respublikasının tanımadığı vətəndaşından satmaq məqsədilə alıb. Lakin ələ keçdiyindən narkotik maddəni realizə edə bilməyib.

Hacı Zeynalov