Cəlilabadda qalaqlanan cəsədlər - FOTO

17 İyul 2014 15:09 (UTC+04:00)

Cəlilabad rayonunda heyvanlar arasında yaranmış xəstəlik daha da genişlənib.

Alınan məlumata görə, xəstəliyin yayılması nəticəsində çoxlu sayda heyvan tələb olub.

Qeyd edək ki, rayon Baytarlıq İdarəsindən xəstəliyin geniş yayıldığı Alar kəndində heyvan itikisinin olmadığı barədə bildirilmişdi. Kənd sakinləri isə bunun tam əksini deyir.

Aparılan müşhidələr zamanı nəzarətsiz örüş sahəsində qorxunc xəstəlikdən tələf olmuş xeyli sayda heyvan cəsədinə rast gəldik. İndi kənd sakinləri özləri bu xəstəliyə yoluxa biləcəklərindən narahatdırlar.

Mövcud xəstəlik heyvandan heyvana həşaratlar vastəsilə yoluxur. Basdırlmayan cəsədlərin üzərində isə saysız-hesabsız həşaratlar var. Kənd sakinləri ərazilərin dezinfeksiyasının aparılmadığını deyirlər. Xəstə heyvalar üçün dərman preparatların verilmədiyi də bildirirlər.

Qeyd edək ki, indiyə kimi 20-dən yuxarı heyvan bu xəstəlikdən tələf olub.

/ans press/