Ağcabədidə Baş Prokurorluq müşavirə keçirib

17 İyul 2014 15:20 (UTC+04:00)

Ağcabədidə Baş Prokurorluğun regional müşavirəsi keçirilib.

Tədbirdə baş prokurorluğun idarə rəisləri, habelə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Tərtər, Laçın və Füzuli rayon prokurorluqlarının əməkdaşları iştirak ediblər.

Müşavirədə bu ilin birinci yarısında cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib.

/apa/