Bakıda iki nəfərdən külli miqdarda narkotik götürüldü

18 İyul 2014 14:14 (UTC+04:00)

Bakının Səbail rayonunda narkotik vasitə ilə bağlı iki nəfər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Yusifovdan 0,348 qram və Lənkəran rayon sakini Ağamalı İsayevdən 121,141 qram heroin götürülüb.

Hacı Zeynalov