Hakim partiyanın sədr müavini qapısı ağzında - Güllələndi

1 İyul 2017 09:53 (UTC+04:00)

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hadisə dünən saat 23:30 radələrində Licənin mərkəzində baş verib.

34 yaşlı Orxan Mərcan evinin qarşısındaca güllələnib. 4 uşaq atası olan Mərcan dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Polis hücumun PKK terroristləri tərəfindən törədildiyini ehtimal edir. Hadisədən sonra rayonda genişmasştablı əməliyyatlara başlanılıb.

Xəbərlərə görə, Mərcan AKP-dən istefa verməsi üçün PKK tərəfindən təhdid edilirmiş.