Orkestrə it dirijorluq etdi – Heyrətli video

1 İyul 2017 17:53 (UTC+04:00)

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, IKSEV festivalı çərçivəsində orkestrin çıxışı zamanı gözlənilmədən səhnəyə it çıxıb.

Musiqiçilərin yanından keçən it dirijora yaxın bir yerdə skripkaçının yanında oturub. Qəfil qonağa təbəssümlə baxan musiqiçi öz ifasını davam etdirib.

Tamaşaçılar bu maraqlı səhnəni gülüş və alqışlarla qarşılayıb.

Həmin videonu təqdim edirik: