Putin fenomen, Tramp isə... - Maradona

1 İyul 2017 16:38 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bunu Konfederasiyalar Kubokunun final matçı ilə əlaqədar Rusiyaya səfər edən əfsanəvi futbolçu Dieqo Maradona deyib.

Rusiya Prezidenti Vladimir Putinə heyran olduğunu vurğulayan futbolçu ABŞ-ın yeni başçısı Donald Trampı cizgi film qəhrəmanına bənzətdiyini və onu efirdə çıxış edən görəndə televizoru söndürdüyünü bildirib.

O, Rusiya yığmasına rəhbərlik etmək istədiyini də açıqlayıb.

Qeyd edək ki, Almaniya və Çili yığmaları arasındakı həlledici görüş sabah saat 22:00-da başlayacaq. Rusiyaya səfəri çərçivəsində Maradonanın Putinlə görüşü nəzərdə tutulub.