Kim Çenin gəmisi saxlanıldı - Ara qarışa bilər

1 İyul 2017 19:39 (UTC+04:00)

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, dənizçilərin bəziləri öz ölkələrinə - KXDR-ə qayıtmaq istəmədiklərini bildiriblər.

Renhap agentliyinin xəbərinə görə, kiçik gəmi şənbə günü Yapon dənizində sərhədi keçib. Gəminin göyərtəsində 5 dənizçi olub.

Hazırda gəminin Cənubi Koreya sularına necə gəlib çıxdığı araşdırılır.