Nazir həbs edilmək təhlükəsi ilə üz-üzə

2 İyul 2017 15:10 (UTC+04:00)

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Milquetin nazir olduğu dövrdə əməkdaşlardan birinin elektron adresini araşdırdığı ortaya çıxıb.

Belçika polisi tərəfindən aparılan istintaq sabiq nazirin Cinayət Məcəlləsinin 550-ci maddəsini pozduğunu sübuta yetirə bilsə, Milquetin 1 il həbs cəzası və 26 min avro cərimə ediləcəyi gözlənilir.

Xatırladaq ki, 2014-cü ildə seçkilərdən əvvəl Coell Milquetin işə götürdüyü bir sıra şəxslər seçki kampaniyası dövründə təbliğatla məşğul olduqları ortaya çıxıb. 2016-cı ildə isə məhkəmə nazir Milquetin əleyhinə qərar çıxarıb. Bundan sonra o nazir vəzifəsindən istefa etmək məcburiyyətində qalıb.