Ata və qızını bıçaqlayan özünə də xəsarət yetirdi

3 İyul 2017 19:37 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, rayonun Hamarmeşə kənd sakini Bahadır Nəhmətov və qızı Ülviyyə yaşadıqları evn həyətində bıçaqlanıblar.

Hər iki yaralı Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, Bahadır Nəhmətov və qızını qohumları Ramil Hüseynov bıçaqlayıb.

Ramil Hüseynov Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub. Hadisədən sonra Ramil Hüseynov qollarına bıçaqla xəsarət yetirib. Bu səbəbdən ona da xəstəxanada tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb.