Fransada atışma: ölən və yaralananlar var

4 İyul 2017 03:25 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə "France 3" telekanalı polisə istinadən məlumat yayıb.
Telekanalın ilkin məlumatına görə, motosikllə hərəkət edən iki nəfər insanlara atəş atıblar, bundan sonra isə gizləniblər.

Hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları gəlib.