Bakıda restoranı yardılar

4 İyul 2017 10:22 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki restoranlardan birindən pəncərədən girmək yolu ilə 3600 manat oğurlanıb.

Baş verən oğurluq hadisəsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aqil Quliyev tutulub.

Onun əvvəllərdə məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.