Narkotik bağbanları həbs edildi – Əməliyyat

4 İyul 2017 14:21 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşları tərəfindən Binə qəsəbə sakini İbrahim Tağıyev həbs edilib. Onun həyətindən kultivasiya yolu ilə yetişdirilən 800 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa, Xızı rayon polis şöbəsi əməkdaşları tərəfindən Sitalçay kənd sakini, əvvəllər məhkum olunmuş Şahlar Salayev saxlanılıb. Onun həyətindən kultivasiya yolu ilə yetişdirilən 116 ədəd çətənə kolu və 60,28 qram marixuana aşkar edilib.

Oxşar əməliyyatı Astara polisi də keçirib. Rayonun Balaca Şahağacı kənd sakini Cəsarət Eynullayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 40 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Lənkəran polisi isə Səpnəkəran kənd sakini Əziz Fətullayevi saxlayıb. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.