Lənkəranda 23 yaşlı gənc göldə boğuldu

20 İyul 2014 00:01 (UTC+04:00)

Lənkəranda bədbəxt hadisə baş verib.

Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 19-da axşam saatlarında rayonun Havzava kəndində qeydə alınıb. Sözü gedən kənddəki qohumlarının evinə qonaq gəlmiş Lerik rayon sakini, 1991-ci il təvəllüdlü Fərahim Salman oğlu Rəhimov kənddəki göldə çimərkən boğulub. Onun meyiti yerli sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.