İntihara cəhd edən oğlanı bir təpiklə xilas etdi - Video

5 İyul 2017 22:43 (UTC+04:00)

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Çinin Uxa şəhərində baş verib.

Yeniyetmə 12-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü atmaq istəyib. Hadisə yerinə gələn xilasedicilər onu fikrindən daşındırmağa çalışıb.

Bu zaman 13-cü mərtəbədən ip ilə sallanan xilasedici oğlanı təpiklə mənzilə doğru itələyib. Bununla da yeniyetmə xilas edilib.

Həmin görüntüləri təqdim edirik: