Məşhur idmançı Zəhradan yazdı: “Şəxsən…”

6 İyul 2017 12:54 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, 5 qat dünya çempionu Rafael Ağayev və məşhur kikboksçu Zabit Səmədov ermənilərin qətlə yetirdiyi 18 aylıq Zəhra Quliyevanın qanının yerdə qalmayacağı barədə öz instaqram hesablarında yazıblar.

Zabit Səmədov "18 aylıq Zəhranın qanı yerdə qalmasın! Ali Baş Komandanımızın əmri ilə şəxsən döyüşə gedib qisas almağa hazıram!” - deyə bildirib.

Rafael Ağayev də oxşar məzmunlu status yazıb: "Zəhranın qanı yerdə qalmayacaq! Ali Baş Komandan əmr verərsə şəxsən döyüşə getməyə hazıram!”.