Məşhur türk müğənni Zəhradan yazdı

7 İyul 2017 01:07 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, müğənni Hadisə Zəhranın fotosunu paylaşaraq kədərini ifadə edib:

“Canım yanır... 2 yaşlı bir körpə... Kədərli ana... Bu, insanlığa sığmayan vəhşi hücumdur. Dilindən, dinindən və irqindən asılı olmayaraq bütün terror hücumlarını qınayıram. Buna son qoyun. Azərbaycana səbir diləyirəm”.

Xatırladaq ki, 2 yaşlı Zəhra Quliyeva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirib.