Bakı nefti 2 dollar ucuzlaşdı

8 İyul 2017 13:29 (UTC+04:00)

Dünya birjalarında neft ucuzlaşıb.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,71 dollar ucuzlaşaraq 44,23 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri də 0,52 dollar azalaraq 47,01 dollar olub.

Azərbaycan nefti də ucuzlaşıb.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti isə 2,16 dollar və yaxud 4,38% azalaraq 47,25 dollar olub.