“G-20”də gərginlik: ordudan kömək gəldi – Evlərə müdaxilə

8 İyul 2017 10:53 (UTC+04:00)

Teleqraf.com xarici KİV-ə istinadla qeyd edir ki, zirvə görüşünə ciddi etirazlar var.

Qloballaşmaya qarşı olan qruplar mümkün qədər etiraz etmək və hansısa qərarların qəbuluna təzyiq göstərmək istəyir. Aksiyaçılar gecə boyu fəallıq nümayiş etdiriblər.

Bu arada bəlli olub ki, alman polisi etirazların qarşısını almaq üçün ordudan kömək istəyib. Polis bəyan edib ki, evlərdə axtarış aparacaq.

Alman polisi həmçinin özünün fəaliyyəti ilə bağlı görüntülər çəkməyi yasaqlayıb. Polis Hamburqda baş verənləri işıqlandırmaq istəyən azı 3 jurnalistin qeydiyyatını təhlükəsizlik səbəbilə ləğv edib.

Məlumatdan aydın olur ki, polis əsasən qarşıdurmaların yaşandığı ərazilərdəki evlərə daxil olacaq. Hazırda polisə dəstək məqsədilə alman ordusunun xüsusi qüvvələri də fəaliyyətə başlayıb.