Avtomobillərdən əlinə keçəni aparan oğru - Tutuldu

8 İyul 2017 16:45 (UTC+04:00)

Nəsimi rayon Polis İdarəsindən Teleqraf.com-a verilən xəbərə görə, əməliyyatı 19-cu polis bölməsi əməkdaşları keçirib.

Xırdalan şəhər sakini Fuad Rəhimov rayon ərazisində 4 nəfərə məxsus avtomobildən pul, sənəd, kosmetik əşya və güzgü oğurlamaqda şübhəli bilinib.