Rusların əlində nə qədər silah var? - Statistika

11 İyul 2017 17:23 (UTC+04:00)

Teleqraf.com Lenta.ru-ya istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə “Rosqvardiya”nın baş idarə rəisi Leonid Vedenov bildirib. Ümumilikdə isə rusiyalıların əlində 6,6 milyon vahiddən artıq silah var.

Bununla yanaşı L.Vedenov ölkədə 22,9 min xüsusi mühafizə müəssisəsinin mövcud olduğunu bildirib. O qeyd edib ki, onlardan 5,8 mini 81 min vahid xidməti silahdan istifadə edir.

Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, 2015-ci ildə qeydiyyatda olan silahlarla 594 cinayət hadisəsi törədilib. 2016-cı ilin ilk 10 ayı ərzində isə Rusiyada odlu silahdan istifadə etməklə törədilən 2440 cinayət hadisəsi qeydə alınıb. Onlardan 391-i qeydiyyatda olan silahlar vasitəsilə törədilib.