Neftimiz bahalaşdı

12 İyul 2017 08:57 (UTC+04:00)

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 10-da 47,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 10-da 45,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 10-da 46,78 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,15 dollar/barel çoxdur.