Üç türk dövlətinin nazirləri Bakıda görüşəcək

12 İyul 2017 12:37 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

Onun sözlərinə görə, görüş Bakıda iyulun 18-19-da baş tutacaq.

Səfir bildirib ki, görüşdə ikitərəfli və üçtərəfli, o cümlədən cari məsələlərin müzakirəsi gözlənilir.

Səfir həmin tarixlərdə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük qurumları rəhbərlərinin də görüşünün keçiriləcəyini də qeyd edib.