"Zəhranın qanı yerdə qalmadı” - Prezident

12 İyul 2017 14:25 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Ötən ay Ermənistanın törətdiyi təxribat nəticəsində bir hərbçimizin şəhid olduğunu, lakin ordumuzun yenə də düşmənə layiqli cavab verdiyi deyən prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib, bunu Ermənistanın siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini bütün dünyaya nümayiş etdirdiyini bildirib. “Bu cinayət cavabsız qoyulmadı”, - deyə Azərbaycan prezidenti vurğulayıb.

İlin birinci yarısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyi ilə bağlı bir çox irəliləyişlərinin olduğunu deyən Azərbaycan prezidenti İlham Əliyev bu ilin əvvəlində separatçı rejimin keçirdiyi “referendum”un dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınmadığını diqqətə çatdırıb: “Bununla da, beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib”.