Dəhşətli qəzanın səbəbkarı saxlanıldı

13 İyul 2017 10:48 (UTC+04:00)

Baş dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, KamAZ markalı yük avtomobili ilə toqquşan Mersedes-Vita markalı mikroavtobusun sürücüsü Elturan Fərəcov barəsində cinayət işi başlanıb və o, tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mersedes” markalı mikroavtobusun KamAZ markalı yük avtomobili ilə toqquşub. Nəticədə 4 nəfər ölüb, iki nəfər xəsarət alıb.