Bakı Rusiyanın Suriyadakı əməliyyat təcrübəsini öyrənir – Nazir

13 İyul 2017 18:24 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə müsahibəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

“Dünyada bütün sonuncu müharibələrin təcrübəsinin öyrənilməsi praktikası qəbul olunub. Onların uğurları və uğursuzluqları təhlil olunub. Təbii ki, biz Rusiyanın Suriyadakı döyüş əməliyyatları təcrübəsini öyrənirik. Mütəxəssislərlə təcrübəmizi bölüşürük. Rusiya tərəfi materialları bizə təqdim etdiyi üçün onlara minnətdarıq”.