Bakıda 24 yaşlı qız intihar etdi

21 İyul 2014 11:59 (UTC+04:00)

Bu barədə Teleqraf.com-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Kəmalə Məmmədova dərman içərək özünü öldürüb. Onun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov