Misirdə 2 alman qadın öldürüldü: 4 yaralı var

15 İyul 2017 18:05 (UTC+04:00)

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Qırmızı dəniz sahillərində yerləşən Hurqada şəhərindəki otelin çimərliyində günəş qəbul edən turistləri hədəf alan hücumda 2 qadın öldürülüb, 4-ü isə yaralanıb.

Öldürülənlərin Almaniya vətəndaşı olduğu bilidrilir. Yaralanmış 4 turistdən 2-si Çex vətəndaşıdır.

Misir Daxili İşlər Nazirliyi cinayətkarların həbs edildiyi məlumatı yayıb.

Qeyd edək ki, Misirin Səna yarımadasında 2015-ci ilin oktyabr ayında rus təyyarəsinin qəzaya uğramasının ardından Rusiya, İngiltərə və Almaniya kimi ölkələr Misirə olan turist qeydiyyatlarını ləğv edib. Amma ötən ildən etibarən Almaniya təkrar Misirə turist göndərməyə başlayıb.

Misirə bu il ən çox Almaniya, Ukrayna və Belarusiyadan olan turistlər gedib.