Ticarət Mərkəzində bomba həyəcanı - Foto

16 İyul 2017 00:12 (UTC+04:00)

Teleqraf.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Avropanın ən böyük ticarət mərkəzlərindən biri olan "Aviapark"dan 6 min nəfər təcili olaraq çıxarılıb. Eyni zamanda avtomobillər də oradan kənarlaşdırılıb.

Qeyd edək ki, bu, "Aviapark"da birinci insident deyil. Daha öncə də ticarət mərkəzinə bomba qoyulması haqda anonim zənglər olub. Amma onlar yalan çıxıb.