Bingöldə PKK terrorçusu həbs edildi

16 İyul 2017 15:05 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, terrorçu Türkiyənin Bingöl regionunda ələ keçirilib.

Bingöl Valiliyindən verilən xəbərə görə, PKK terrorçularını zərərləşdirmək üçün Yayladərə çölündə başladılan əməliyyatlar davam etdirilir.

Əməliyyatın ərazi axtarışı fəaliyyəti zamanı Çökçedal bölgəsində bir terrorçu tutulub.