Bakı Bəyannaməsi qəbul olundu

19 İyul 2017 13:19 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, Azərbaycan bu il bir sıra ölkələrlə, o cümlədən Türkiyə və Türkmənistanla diplomatik əlaqələrin 25 illiyini qeyd edir: “Biz həm siyasi-iqtisadi, həm də nəqliyyat və enerji məsələləri müzakirə etdik. 2018-2020-ci illər üzrə Azərbaycan Türkiyə və Türkmənistanın əlaqələrinin inkişafına dair ekspertlər tərəfindən yol xəritəsinin yeni hissəsinin həyata keçirilməsi barədə razılığa gəldik. Mən öz həmkarlarımı Dağlıq Qarabağ danışıqlarına dair son durum barədə məlumatlandırdım. Biz Bakı Bəyannəməsini qəbul etdik və imzaladıq”.