Dünya Qüds məsələsinin müzakirəsinə başladı - Bakıda

20 İyul 2017 11:13 (UTC+04:00)

Teleqraf.com-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Şahin Abdullayev Bakıda işə başlayan Qüds məsələsi üzrə beynəlxalq konfransda bildirib.

“Yaxın Şərqdə sülhün bərpa olunması üçün Şərqi Qüds məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır”, – deyə Ş.Abdullayev bildirib.

O, həmçinin Şərqi Qüdsün statusu və Haram-əl-Şərif (Məbəd dağı) məsələlərinin həllinin vacibliyini vurğulayıb.

“İki xalq üçün iki dövlət prinsipi əsasında məsələnin həllinə nail olmaq fələstinlilərin hüquqlarının bərpası üçün yeganə məqbul həll hesab olunur”, - bunu isə BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença deyib. Onun sözlərinə görə, danışıqlar prosesinin dalana dirənməsi və İsrailin Fələstin ərazilərində yaşayış məntəqələrinin tikintisinin genişləndirilməsi iki tərəf arasında uçurumu daha da artırır.

“BMT münaqişənin həlli üçün səylərini davam etdirəcək. Yalnız birgə fəaliyyət göstərərək, biz mövcud münaqişənin həlli üçün irəliyə doğru addım ata bilərik”, – deyə M.Yença əlavə edib.