Putinin boz üzü – Maraqlı foto

21 İyul 2017 16:04 (UTC+04:00)

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, jurnalın növbəti nömrəsi iyulun 31-də işıq üzü görəcək. Rusiya liderinin üzü sosial şəbəkə istifadəçilərini simvolizə edən boz ikonlarla əks olunub.

Rusiya prezidenti ilə bağlı məqalə “Putinin seçkilərlə bağlı planını pozmağa hesablanan gizli proqram” başlığı ilə təqdim olunur. Məqalədə ABŞ-dakı son prezident seçkilərinə rus hakerlərin müdaxiləsi barədə fikirlər öz əksini tapıb.