Qanlı əməliyyat - mafiyanın 8 üzvü güllələndi

21 İyul 2017 19:12 (UTC+04:00)

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, dənizçilərin küçələrdə narkotik satan şəxslərlə əlaqədar istintaq aparan federal səlahiyyətlilərə dəstək olduğu zaman qarşıdurma yaranıb.

Qarşıdurma zamanı aralarında narkotik şəbəkəsinin lideri olan Felip Cesusun da olduğu 8 nəfər öldürülüb.
Xəbərdə qeyd edilir ki, Meksikanın Tlahuac və İztapalapa bölgələrində narkotik şəbəkəsinin eyni zamanda insan oğurluğu və qətl cinayətlərinə qarışdığı da müəyyən edilib.