Yasamalda 26 yaşlı gənc bıçaqlandı

22 İyul 2017 19:49 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, rayonun İslam Səfərli küçəsində 1991-ci il təvəllüdlü Səfər Quliyev tanımadığı şəxslə mübahisə edib.

Bu zaman naməlum şəxs Səfər Quliyevə 3 bıçaq xəsarəti yetirib. O, xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırma aparılır.