Qadına qarşı dələduzluq – Uzağa gedə bilmədi

22 İyul 2017 23:40 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, rayonun Mollaoba kənd sakini Rübayə Aslanovanın etibarından sui-istifadə edərək 2000 manatını alıblar.

Dələduzluqla üzləşən Rübayə Aslanova Masallı rayon polis şöbəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən rayon sakini Əsgər Əkbərov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.