Jurnalist olmaq istəyənlərə qabiliyyət imtahanı keçirilir

29 İyul 2017 10:07 (UTC+04:00)

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, bu mərhələdə 2017‑ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.