Bütün məscidlərdə bayram namazı qılındı

1 Sentyabr 2017 09:15 (UTC+04:00)

Qurban bayramı münasibətilə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

Teleqraf.com xəbər verir ki, bu gün saat 9:00-da Təzə Pir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb.

Ölkə ərazisində ilk bayram namazı saat 08:00-da paytaxtın Əjdərbəy məscidində qılınıb.

Qurban bayramı ilə əlaqədar Azərbaycanda sentyabrın 1-dən 4-dək qeyri-iş günüdür.