Tramp fövqəladə vəziyyət elan etdi

6 Sentyabr 2017 14:12 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp “İrma” qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, fövqəladə vəziyyət Puerto-Riko, Florida və Virqinsk bölgələrinə aiddir.

Qeyd edək ki, qasırğanın sürəti saatda 297 kilometrə çatıb.