Playboy gözəlçəsi metroda pul payladı - Foto

10 Sentyabr 2017 01:43 (UTC+04:00)

Playboy modeli, argentinalı Viktoriya Sipolitakis ABŞ-ın Nyu-York şəhərinin metrosunda dollarlıq əskinaslardan hazırlanmış paltarda və şlyapada dolaşıb.

Milli.Az Daily Mirror-a istinadən bildirir ki, o, metroda olan sərnişinlərə üzərindəki dollarları qoparmağa icazə verib.

"Uğurlarımı başqaları ilə paylaşmaq istəyirəm. Həyat mənə çox hədiyyələr edib. Mən də başqaları ilə paylaşmaq fikrinə düşdüm", - model deyib.

V.Sipolitakis 2015-ci ildə sərnişin təyyarəsinin pilot kabinəsində yarıçılpaq selfi fotosunu çəkərək paylaşandan sonra məşhurlaşmışdı. Bu foto yayılandan sonra pilotlar işdən qovuldular, model isə 1000 peso məbləğində cərimələndi, 18 aylıq ictimai işlərlə cəzalandırıldı.