Naməlum şəxslər AST Telmanın 12 obyektində - Qəfil yoxlama

14 Sentyabr 2017 17:22 (UTC+04:00)

Azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyadakı mülklərində axtarış aparılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İsmayılovun vəkili Aleksandr Dobrovinski Feysbuk hesabında məlumat verib.

O bildirib ki, axtarışlar 12 ünvanda baş tutub: “Axtarış işlərinə onlarla şəxs cəlb edilib”.

Vəkil axtarışların hansı məqsədlə və kimlər tərəfindən aparılması ilə bağlı onlara məlumat verilmədiyini bildirib.