Şəmkir sakini tanışını qətlə yetirdi

25 İyul 2014 10:30 (UTC+04:00)

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Moral kəndində baş verib. Kənd sakini Mübariz Zamanov tanışı Elşən Nəcəfovla mübahisə edib. Mübahizə zamanı onlar bir-birlərinə bıçaq xəsarəti yetiriblər. Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, Mübariz Zamanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Hacı Zeynalov