Axır ki tutuldu - Yasamalda əməliyyat

21 Sentyabr 2017 00:27 (UTC+04:00)

Bakının Yasamal rayonunda oğurluq hadisəsi törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxs Vüsal Səmədovdur.

Onun cari ilin fevral-iyul ayları ərzində rayon ərazisində 3 mağazadan və 1 avtomobildən pul, tütün məmulatı, ərzaq məhsulları və məişət əşyaları oğurladığı müəyyən edilib.