Rusiyadan ABŞ-ı qıcıqlandıran - Bəyanat

21 Sentyabr 2017 23:14 (UTC+04:00)

Rusiya ümid edir ki, ABŞ digər ölkələrin suverenliyinin aliliyinə hörmət edəcək.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu bəyanatla Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

"Düşünürəm ki, bu sözlərin altına hər kəs imza ata bilər. Xüsusən də ABŞ-ın xarici siyasəti suverenliyə hörmət, başqalarının daxili işlərinə qarışmamaq, xalqların bərabərliyi və qarşılıqlı hörmək əsasında qurulacaqsa,hamı bu prinsipə hörmət edəcək", - Lavrov BMT Baş Assamleyasında çıxışı zamanı deyib.